AzlibNet” mərkəzinin fəaliyyəti ilə bağlı təlim keçirilib

 

   Kitabxanaların elektron kataloqelektron kitabxanalarında əlavə və dəyişikliklərin edilməsi müzakirə olunub

  

   Mayın 27-dən iyunun 1-dək C.Cabbarlı adına Respublika Gənclər Kitabxanasında “Şəhər (rayon) mərkəzi kitabxanalarının elektron kataloqelektron kitabxanalarında əlavə və dəyişikliklərin edilməsi” mövzusunda təlim keçirilib.

  

   Tədbiri Gənclər Kitabxanasının direktoru Tahir Sadıqov açaraq “Azərbaycan Respublikasında kitabxana-informasiya sahəsinin 2008-2013-cü illərdə inkişafı üzrə Dövlət Proqramı”nın icrası ilə bağlı kitabxana-biblioqrafiya proseslərinin avtomatlaşdırılması, elektron kataloqun yaradılması və istifadəçilərə fasiləsiz online xidmətlərin göstərilməsi istiqamətində görülən işlərdən danışıb. Bildirilib ki, Azərbaycan kitabxanalarının birgə milli kataloqlaşdırma sisteminin qurulması, milli elektron resursların, biblioqrafik yazıların keyfiyyətinin yüksəldilməsi, bütün kitabxanaların elektron resurslarının vahid mərkəzdən idarə olunmasının təmin edilməsi məqsədilə Gənclər Kitabxanasında respublika əhəmiyyətli “AzlibNet” mərkəzi yaradılıb. Mərkəzdə iki sistem fəaliyyət göstərir: Veb-mərkəz və Elektron toplu kataloq. Veb mərkəz bütün kitabxanaların elektron kataloqlarının fasiləsiz işləməsini təmin edir. Bura İRBİS-64 sisteminin istifadəçisi olan şəhər və rayon kitabxanaları daxildir.

   Tədbirdə çıxış edən Mədəniyyət və Turizm Nazirliyinin Kitabxana sektorunun müdiriUNESCO-nunİnformasiya hamı üçün” proqramının Azərbaycan Komitəsinin sədri Lətifə Məmmədova tədbirin məqsəd və vəzifələrindən danışıb. Qeyd olunub ki, “AzlibNet” mərkəzində Mədəniyyət və Turizm Nazirliyi kitabxanalarının bazasında respublikada ilk dəfə olaraq milli resurslar əsasında ölkə kitabxanalarını tam əhatə edən unikal bir sistem - Korporativ-toplu kataloq sistemi yaradılıb. “AzlibNetin toplu kataloquna aparıcı kitabxanaların bazaları daxil edilib. Mərkəzdə yaradılmış toplu kataloqda, biblioqrafik təsvirdə kitablara siqla verilib ki, bu da respublikada ilk təcrübədir. Bu, axtarış zamanı oxuculara kitabın hansı mənbəyə aid olduğunu göstərir. Beynəlxalq standartları qəbul edən və bu standartlarla işləyən istər Azərbaycan kitabxanaları, istərsə də xarici ölkələrin kitabxanaları bu toplu kataloqdan istifadə etmək imkanına malikdir.

   AzlibNet” mərkəzinin yaradılması, kitabxanalarda kitab təsvirinin mərkəzləşməsi vaxta və vəsaitə qənaət, dünya standartları səviyyəsində təsnifləşdirmənin həyata keçirilməsi, MKS elektron resurslarının vahid mərkəzdən idarə olunmasını təmin edəcək. Artıq kitabxanalar komplektləşdirdiyi hər bir kitabın hazır təsvirini əldə edəcək, birbaşa kataloquna yükləyəcək.

   Sektor müdiri tədbir iştirakçılarına bir sıra tövsiyələr verib.

 

Mədəniyyət.- 2013.- 7 iyun.- S. 13.